Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək və bununla da fəaliyyətində şəffaflıq və aşkarlıq əmsalını maksimum artırmaq məqsədilə 2019-cu ildə ictimai əhəmiyyətli ideyaları toplamaq və həyata keçirmək, QHT sektorunda çalışanların potensialını üzə çıxartmaq, onların bilik və bacarıqlarını artırmaq və müvafiq işlə təmin olunmasına yardım etmək, QHT-lərin fəaliyyəti, gördüyü işlər haqqında məlumatları ictimailəşdirmək və onların elektron bazasını yaratmaq məqsədilə “İnnobank” İdeya və Elektron Resurslar Xidmətini istifadəyə verir.